01.10.2026 - 15:42
Rusiyalı model Anastasiya Reşetova ikinci övladına hamilə olduğunu açıqladı
Dünya 3 baxış

Rusiyalı model Anastasiya Reşetova ikinci övladına hamilə olduğunu açıqladı

Rusiyanın tanınmış modeli Anastasiya Reşetova ikinci övladını gözləyir. Bu xəbər modelin jurnal üçün çəkdirdiyi xüsusi fotosessiya vasitəsilə ictimaiyyətə çatdırılıb.

Minval.info xəbər verir ki, 30 yaşlı Reşetova “Həyatımın ən təsirli və vacib anını sizinlə bölüşmək istəyirəm. Tezliklə ikinci dəfə ana olacağam” sözləri ilə hamiləliyini açıqlayıb.

Anastasiya 2026-cı ilin əvvəlində nişanlandığını və daha sonra gizli şəkildə toy etdiyini də qeyd edib. Onun həyat yoldaşı, 33 yaşlı iş adamı Vladislav Abramyan, erməni əsilli milyonçu Ara Abramyanın oğludur.

Xatırladaq ki, Reşetovanın reper Timati ilə münasibətindən Ratmir adlı bir oğlu var. Cütlük 2020-ci ildə yollarını ayırıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: