Rusiyadan ofşorlara göndərilən pulun həcmi artdı – Hesabat

Rusiyadan 2017-ci ilin birinci yarısında ofşorlara 11 milyard dollar pul çıxarılıb.
Axar.az xəbər verir ki, bu barədə informasiya Rusiya prezidenti yanında Xalq Təsərüffatı və Dövlət Xidməti Akademiyasının hesabatında yer alıb. Hesabatda ofşorlara çıxarılan pulun həcminin artdığı vurğulanıb: “Bu ilin ilk altı ayı ərzində Rusiyadan çıxarılan vəsait 2015-ci il ərzində çıxarılan puldan çox olub. Keçən illə müqayisədə ofşorlara göndərilən pulun həcmi 1,5 dəfə artıb. Cari ilin təkcə 2-ci rübündə 2016-cı ilin ilk 9 ayında Rusiyadan çıxarılan pulun həcmi qədər vəsait ofşor hesablara yerləşdirilib”.
Qeyd edək ki, bundan öncə ABŞ-ın NBER təşkilatı ofşor hesablarda ofşorlarda Rusiyanın ümumdaxili məhsulunun 60%-nə bərabər vəsait saxlanıldığını bildirib. Bu isə təxminən 1 trilyon dollar edir. Belə göstərici ilə Rusiya Fars körfəzi və Latın Amerikası ölkələri ilə eyni sırada dayanır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır