Rusiyadakı faciəvi yanğını kimlərin törətdiyi bəlli olub

Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzinin baş direktoru Nadejda Suddenok kompleksdə baş vermiş dəhşətli yanğınla bağlı ifadə verib.
Oxu.Az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Direktor əmindir ki, ticarət mərkəzində yanğın qəsdən törədilib. Onun sözlərinə görə, dəfələrlə ticarət mərkəzindən xarici görünüşünə görə qaraçılara bənzəyən, oyun avtomatlarında pulsuz oynayan, tualetlərin divarlarını yazan gəncləri qovlayıb.
“Onlardan polisə şikayət olunsa da, sonradan buraxılıblar…Kinoteatrların qapıları heç vaxt bağlı olmayıb. Mən həmişə özüm baxış keçirirəm, özüm təmizlik işləri aparıram” deyə Suddenok bildirib.
“Yanğından sonra əməkdaşlardan biri mənə uşaq zonasında partlayış səsi eşitdiyini və içərinin alovlandığını gördüyünü dedi. Atraksiyon özü-özün birdən-birə yana bilməz. Sizi əmin edirəm, TM-ni yandırıblar” deyə Suddenok əlavə edib.
Qeyd edək ki, Suddenok “Qış albalısı” TM-də 64 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb. Ümumilikdə qanlı insidentlər əlaqədar 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ