Rusiyada faciəvi yanğının olduğu ticarət mərkəzinin direktoru həbs edildi - FOTO

Kemerovo məhkəməsi “Qış albalısı” ticarət mərkəzinin baş direktorunu həbs edib.
Minval.İnfo “Ölkə.Az”-a istinadən xəbər verir ki, Nadejda Suddenok 64 nəfərin həlak olduğu yanğına görə ittiham edilir. Məhkəmənin hökmü ilə Nadejda Suddenok 25 may tarixinə qədər polis nəzarətində olacaq.
Ticarət mərkəzinin direktoru isə məhkəmə iclasından əvvəl jurnalistlərə bildirib ki, əyləncə kompleksinin kino salonlarının qapısı bağlı olmayıb.
“Qapılar maqnit kilidli olub. Amma əməkdaşlar seans vaxtı qapını bağlamayıblar. Dəfələrlə olub ki, müştərilər seanslara gecikiblər. Amma onları salona buraxıblar. Qapılar heç vaxt bağlanmayıb”, – deyə Nadejda bildirib.
Onun fikrinə görə, qapıların mexanizmindəki texniki nasazlıq faciənin səbəb ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı
Komsomolskaya Pravda Alina Kabayevanın nəzarətində!