Rusiyada aksiyalarda 1000-dən çox etirazçı saxlanılıb - FOTO-VİDEO

Rusiyada “O bizim üçün çar deyil” şüarı altında keçirilən etiraz aksiyalarında azı 1000 nəfər saxlanılıb.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, saat 17.00-a olan məlumata əsasən, ən çox etirazçı – 574 nəfər paytaxt Moskvada saxlanılıb. Çelyabinskdə 164, Yakuskda – 75, Tolyattidə – 63, Sankt Peterbuqda – 53, Krasnodarda isə 49 etirazçı saxlanılıb.
Krasnoyarsk, Novokuznetsk, Kaluqa, Samara, Barnaul, Penza, Kemerovo, Voronej, Tver, Kurqan, Yekaterinburq, Blaqoveşensk və Tomskda da saxlanılanların olduğu bildirilir.
“O bizim üçün çar deyil” şüarlı etiraz aksiyaları müxalifət lideri Aleksey Navalnının tərəfdarları tərəfindən Rusiyanın onlarla şəhərində təşkil olunub. Aksiyalar prezident Vladimir Putinin inauqurasiyasına etiraz əlaməti olaraq keçirilir.
Minval.İnfo



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ Hörmüz boğazında yeni müttəfiqlər axtarır
BMT yeni dünya xəritəsini təsdiqlədi: ABŞ etiraz etdi
Rusiyada helikopter pəncərəsi uçuşda yerindən çıxdı
Finlandiya rus arxivlərinə çıxışı 9999-cu ilə qədər bağladı
OPEC+ neft kvotalarını oktyabra qədər uzatdı
İranda iqtisadi problemlərə qarşı yeni qərargah!
ABŞ İranın dəniz blokadasını gücləndirir