Rusiya yeni silahı ilə Qərbə meydan oxudu
Hazırda yeni silah üçün tam yeni döyüş komplekti hazırlanır
Rusiyanın yeni “Terminator-3” tanklara dəstək hərbi maşını (TDHM) trayektoriyanı korrektə etməyə imkan verən mərmilərlə təchiz olunacaq. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, bu da ona pilotsuz uçuş aparatı ilə mübarizə aparmağa imkan verəcək.
“50 millimetrlik silah hazırda “Terminator”lara quraşdırılan Sovet istehsalı olan 30 millimetrlik silahlardan daha çox imkanlar yaradır” — deyə Müdafiə Nazirliyindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, yeni silah üçün tam yeni döyüş komplekti hazırlanır: “Trayektoriyası korrektə olunan mərmi müəyyən hüdudlar çərçivəsində öz trayektoriyasını dəyişə bilər ki, bu da uçan pilotsuz aparatlar da daxil olmaqla havadan olan hədəflərlə mübarizədə kömək edəcək”.
Qeyd edək ki, mayın əvvəlində Rusiya Müdafiə Nazirliyi öz rəsmi “Facebook” səhifəsində tanklara dəstək hərbi maşını (TDHM) “Terminator”un imkanlarını göstərən video-çarx paylaşıb. 49 saniyə davam edən videoda döyüş maşınının maneələrdən keçməsi, həmçinin düşmən hədəflərinə atəş açması əks olunur.
“Terminator” TDHM nüvə silahı və digər kütləvi qırğın silahlarının tətbiqi şəraitində çoxnövlü hərbi vasitə kimi tank və motoatıcı dəstələrin tərkibində manevr döyüş fəaliyyətinin aparılması üçün nəzərdə tutulub.
Hərbi maşın 30 millimetrlik qoşa avtomatik 2A42 tipli toplarla, iki ədəd AQ-17D minaatan, 4 ədəd “Hücum” adlı idarəolunan raket əleyhinə raketlər və 7.62 millimetrlik “Kalaşnikov” pulemyotu ilə təchiz olunub. Müqavilə üzrə “Terminator”ların Rusiya Müdafiə Nazirliyinə tədarükü 2019-cu ilin əvvəlində başa çatdırılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ