Rusiya “xarici agent” adını fərdi jurnalistlərə də şamil edəcək
Rusiya millət vəkilləri hökumətə, media qurumlarından başqa həm də bəzi fərdi jurnalistləri və blogerləri xarici agent kimi qeydiyyatdan keçirmək səlahiyyəti verən qanunu birinci oxunuşda qəbul ediblər.
Yanvarın 12-də Dövlət Dumasında qəbul olunmuş bu qanun Ədliyyə Nazirliyinə “media qurumu qismində fəaliyyət göstərən” şəxsləri “xarici agent” kimi təsnif etmək hüququ verir.
Bundan əvvəl noyabr ayında prezident Vladimir Putin nazirliyə xaricdə mənzillənən və ya ölkə kənarından maliyyələşən media qurumlarını “xarici agent” hesab etmək səlahiyyəti verən qanunu imzalamışdı.
Yeni qanun belə bir narahatlıq yaradır ki, Moskva ondan Rusiyada işləyən qurumlardan əlavə, xarici müxbirlərə qarşı da istifadə edə bilər.
Rusiya bildirir ki, onun Qərb tərəfindən kəskin tıəqnid edilən bu qanunu Birləşmiş Ştatlarda Rusiya mediaları üzərinə edilən təzyiqlərə cavab addımıdır.
Yeni qanunun heç bir dəyişikliyə məruz qalmadan parlamentin hər iki palatası tərəfindən qəbul ediləcəyi və Putin tərəfindən imzalanacağı gözlənilir.
Duma spikerininn müavini Pyotr Tolstoy deyib ki, qanun xarici agent kimi qeydiyyatdan keçmiş şəxslərin öz materiallarında xarici agent olduqlarını bildirmələrini tələb edəcək.
Tolstoy deyib ki, bu tələb telekanallardan tutmuş çap mediasına, tibb və kulinariya saytlarından istifadə edən sosial media istifadəçilərinədək bütün informasiya mənbələrinə şamil ediləcək.
Başqa bir millət vəkili, Leonid Levin izah edib ki, fərdi şəxslərə gəlincə, xarici agent adı “Rusiya mediasına məhdudiyyətlər qoyan ölkələrdən birbaşa və ya dolayısı ilə maliyyələşən fərdlərə” tətbiq ediləcək.
Rusiya və ABŞ arasında münasibətlər Rusiyanın Ukraynaya müdaxiləsi və Moskvanın 2016-cı ilin ABŞ seçkisinə qarışmasına dair iddialara görə pisləşib.
Rusiyanın Ədliyyə Nazirliyi “Amerikanın səsi”, AzadlıqRadiosu və onlarla bağlı 7 xəbər xidmətini “xarici agent” elan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır