17.03.2023 - 10:53
Siyasət
38 baxış
"Rusiya heç vaxt imkan verməz ki, İran Qarabağa girsin" - Zərdüşt Əlizadə
Bunu deyən Yılmaz Bilgənin bölgə ilə bağlı bilgisi yoxdur. Bu qədər mənasız sözləri birinci dəfədir eşidirəm. Hansı yolla gələcəklər? Bizim ərazidən girsələr, bu, birbaşa açıq təcavüzdür. Ermənistan ərazisindən də gələ bilməzlər. Rusiya heç vaxt buna icazə verməz”.
Bunu Musavat.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə türkiyəli ekspert Yılmaz Bilgənin İranın Qarabağı “ikinsi Suriya”ya çevirmək, 4 min şiə döyüşçüsünü ora göndərmək istəməsi barədə fikirlərini şərh edərkən bildirib.
Z.Əlizadənin sözlərinə görə, son 30 ildə məhz Rusiya Qarabağ münaqişəsini nəzarətdə saxlayıb:
“Uzun illər ərzində Rusiya bu münaqişəni genişləndirib, dondurub, yenidən qızışdırıb və sonra yenidən dondurub. İndinin özündə də münaqişə tam Rusiyanın əlindədir. Rusiya niyə icazə versin ki, İran gəlib bu münaqişəyə qarışsın və müstəqil rol oynasın. Bu mənasız və məntiqsiz bir yanaşmadır”.
Zərdüşt Əlizadə qeyd edib ki, münaqişəyə təsir etmək məsələsində Rusiyanın mövqeyi ardıcıl və qətidir. Bunun üçün Qarabağdan dünyaya və tərəflərə mesaj göndərir:
“Hətta Rusiya bəzən Avropa və ABŞ-ın vasitəçilik səylərinə çox qısqanclıqla yanaşır. Buna görə də ya Azərbaycanın, ya da Ermənistanın əli ilə bu səyləri heçə endirir. Rusiya hərbi kontingentinin Qarabağda rus sərkərdələrinə abidə qoyması, SSRİ-nin bayrağını qaldırması tərəflərə və dünyaya mesaj verməkdir. Rusiya bununla demək istəyir ki, bölgədə münaqişə onun nəzarətdindədir”.
Z.Əlizadə Paşinyanın bölgədə eskalasiya təhlükəsi olduğu barədə fikirlərinə də münasibət bildirib:
“Paşinyanın işərə etdiyi müharibə təhlükəsi Ermənistanın qeyri-əməli mövqeyindən asılıdır. Onlar çox gözəl bilir ki, hər dəfə Ermənistan mənasız yerə dirənəndə Azərbaycandan hansısa zərbə alır. Əslində Ermənistanın müharibəyə başlamaq imkanı, Azərbaycanın isə istəyi yoxdur. Azərbaycana müharibə lazım deyil. Çünki istəyinə onsuz da nail olacaq. Sadəcə bunun geci-tezi var”.
Açar sözlər:
#Zərdüşt Əlizadə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
15.10.2026 - 01:46
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
15.10.2026 - 01:42
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
12.10.2026 - 17:44
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
12.10.2026 - 17:34
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
12.10.2026 - 14:04
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
12.10.2026 - 12:44
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir
11.10.2026 - 14:34
Türkiyədə siqaret satışında yeni qayda: şəxsiyyət vəsiqəsi tələb olunacaq
10.10.2026 - 16:58
