Rusiya hərbi təyyarələri ilk dəfə Şimali Amerikaya uçdu

Rusiyanın hərbi aviasiyası SSRİ-nın süqutundan bəri ilk dəfə olaraq Şimal qütbdən Şimali Amerikaya uçub.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Serqey Şoyqu açıqlama verib.
“Sovet dövründən bəri ilk dəfə olaraq sualtı-qayıq əleyhinə aviasiya Şimal qütbdən Şimali Amerika qitəsinə uçuş həyata keçirib” deyə Şoyqu nazirliyin kollegiya iclasında bildirib.
Şoyqu qeyd edib ki, Rusiya ali hərbi komandanlığı Şimal donanmasına aid hərbi birləşmə və hissələrin müasir silahlarla təchizatını davam etdirir. Onun sözlərinə görə, Arktik istiqamət ən perspektivli istiqamətlərdəndir.
“Belə ki, ötən il Şimal donanmasına 1090 ədəd müasir hərbi silah və texnika nümunəsi, o cümlədən 5 döyüş kateri, 7 MTT gəmisi, 9 aviasiya texnikası vahidi və 10 HHM radiolokasiya kompleksi daxil olub” deyə Şoyqu bildirib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı
Komsomolskaya Pravda Alina Kabayevanın nəzarətində!