"Rusiya bazasını ABŞ atəşə tutub" - Klintseviçdən açıqlama

ABŞ-ın iştirakı olmadan terrorçular Suriyada Rusiya aviabazasına hücum edə bilməzdilər.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Frants Klintseviç Feysbuk hesabında yazıb. “Tam əminliklə deyə bilərəm ki, ABŞ-ın iştirakı olmadan terrorçular Rusiya aviabazasına hücum edə bilməzdilər. Burada onların birbaşa iştirakı, yaxud “xeyirxah neytral” mövqedə olmaları önəmli deyil” – Klitseviç bildirib. O, Suriya hökumətinin nəzarətində olan ərazilərə terrorçuların müdaxilə edə bilmədiyini əlavə edib. Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünənki açıqlamasında terrorçuların Latakiya beynəlxalq aeroportunu və Hmeymim aviabazasını raket atəşinə tutduğunu bildirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır