10.01.2018 - 19:46
Dünya
19 baxış
Rusiya Azərbaycanın iki kəndini Dağıstana köçürür - 6 milyon manat ayrıldı
Rusiyanın Dağıstan Muxtar Respublikasının rəhbərliyi Azərbaycanın iki kəndinin – Xraxoba və Uryanoba kəndlərinin sakinlərinin muxtar respublikaya köçürülməsi məqsədilə 2018-ci ildə 210 milyon rubl (6 milyon 279 min manat) ayıracaq.Minval.İnfo “Report”a istinadən xəbər verir ki, bu barədə Dağıstanın İqtisadiyyat və Ərazi İnkişafı Nazirliyindən bildiriblər.
“2018-ci ildə Xraxoba və Uryanoba kəndlərinin sakinlərinin Azərbaycandan Dağıstan ərazisinə köçürülməsi məsələsinin tamamilə həll ediləcəyi gözlənilir. Bu məqsədlə 2018-ci ildə 210,5 milyon rubl məbləğində vəsait nəzərdə tutulub ki, bunun da 200 min rublu federal büdcədən ayrılacaq”, – Nazirlikdən qeyd ediblər.
2017-ci ildə Xraxoba və Uryanoba kəndlərinin 370-dən çox sakini mənzil almaq üçün birdəfəlik ödənişlər vasitəsilə köçmək istəyini bildiriblər. Siyahıda Xraxoba kəndinin 366 (135 ailə) və Uryanoba kəndinin isə 11 sakini (3 ailə) yer alıb.
Qeyd edək ki, Xraxoba və Uryanoba kəndləri Azərbaycanın ərazisində, Rusiya ilə sərhəddən 60 km məsafədə yerləşirlər. Kəndlərin salındığı ərazi XX əsrin ortalarında otlaq ərazi kimi Dağıstan MSSR-ə icarəyə verilib. İcarə müddəti 2004-cü ildə sona çatıb, ancaq Rusiyanın rəsmi vətəndaşları olan sərhəd kəndlərinin sakinləri oranı tərk etmək istəməyib.
2010-cu ilin sentyabr ayında Rusiya və Azərbaycan ərazilərin mənsubiyyəti ilə bağlı bütün məsələlər üzrə razılığa gələrək dövlət sərhədi haqqında saziş imzalayıblar. 2013-cü ilin avqust ayında isə Rusiya prezidenti Vladimir Putin Azərbaycanda yaşayan həmin Rusiya vətəndaşlarının köçürülməsinə dair tapşırıq verib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
19.10.2026 - 17:34
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
19.10.2026 - 17:14
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
19.10.2026 - 16:44
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
19.10.2026 - 16:14
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
19.10.2026 - 16:04
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır
19.10.2026 - 15:23
Fransada sarı jiletlilərdən sonra xaos: Yüz milyonlarla avroluq itki
19.10.2026 - 14:33