15.08.2026 - 21:58
Dünya 16 baxış

Rusiya ABŞ və Türkiyədən silah transferi ilə bağlı hesabat tələb edir: Yeni gərginlik dalğası?

Rusiya Xarici İşlər Nazirliyi, ABŞ Konqresinin Ukraynaya Türkiyədə yerləşən Amerika silahlarının göndərilməsi ilə bağlı yaydığı məlumatdan sonra Vaşinqton və Ankaradan açıqlama tələb edib.

Minval.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.

Zaxarova bildirib ki, müzakirə olunan silahlar arasında 12 reaktiv yaylım atəşi sistemi, 2,5 mindən çox kasetli sursat, 47 min 203 millimetrlik kasetli artilleriya mərmisi və 70 ATACMS raketi yer alır. O, bu potensial silah transferinin təşəbbüskarı, vaxtı və icra qaydasının hələ də aydın olmadığını və Rusiya tərəfinin vəziyyəti yenidən qiymətləndirməyi vacib hesab etdiyini vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: