Rusiya ABŞ-la döyüşdən QAÇIR? – Peykdən şəkilən ŞOK FOTOLAR
Rusiya hərbi gəmiləri Suriyanınn Tartus şəhərində daimi düzülüş yerlərini tərk edib.
Publika.az xəbər verir ki, bunu “ImageSat International” (İSİ) şirkətinin sosial şəbəkələrdə paylaşdığı peyk fotoları göstərir.
Şəhərdə Rusiyanın Hərbi Dəniz-Donanmasının maddi-texniki təminatının 720-ci məntəqəsi yerləşir.
Aprelin 11-dən əvvəl çəkilmiş kadrlardan birində doqquz gəmi və iki sualtı gəmi görünür. İkinci foto aprelin 11-də çəkilib. Orada yalnız bir sualtı qayıq var. Fotoların altında olan şərhlərdə güman edilir ki, gəmilər ABŞ-ın mümkün zərbələri ərəfəsində Tartusu tərk ediblər.

Rusiyanın Müdafiə Nazirliyi fotolarla əlaqədar hər hansı şərh verməyib.
Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp Rusiyanı Suriya üzrə raket zərbələrinə hazırlaşmağa çağırıb.
“Rusiya Suriyaya atılan istənilən raketləri vurmağa söz verir. Hazırlaş, Rusiya! Çünki, onlar gələcəklər”, – Tramp qeyd edib.
Suriya ətrafında vəziyyət hər keçən gün gərginləşir. Ekspertlər hesab edirlər ki, hazırkı situasiya genişmiqyaslı qarşıdurma ilə nəticələnə bilər.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
