Ərdoğan "millətimiz tamam deyərsə, gedərəm" dedi, gənclər "tamam" kampaniyası başlatdı
Türkiyə prezidenti Recep Tayyip Erdoğanın “Əgər bir gün millətimiz “tamam” desə ancaq o zaman biz kənara çəkiləcəyik” sözlərindən qısa müddət sonra sosial mediada #TAMAM həştəqi dünya trendlərinin ın üst sıralarına çıxıb.
Twitterdə “TAMAM” mesajları bir neçə saat ərzində 1 milyondan çox insan tərəfindən paylaşılıb. Bir çox gənc “Tamam” sözlərinə mahnı bəstələyib.
Müxalifət partiyaları da sosial mediadakı dalğaya qoşulub “tamam” mesajları paylaşıb.
Prezident Erdoğanın dəstəkçiləri isə müxalifətdəkilərə “Erdoğan ilə DAVAM” (#DEVAM) həştəqi ilə cavab verib. Bu həştəq də qısa müddətdə dünya trendləri arasında üçüncü yerə çıxıb.
Prezidentliyə namizədlər Meral Akşener, Muharrem İnce, Temel Karamollaoğlu da Erdoğanın sözlərindən sonra “TAMAM” mesajları yazıb.
İstanbulda bir qrup insan “Tamam” şüarları ilə küçələrə çıxıb. Qrup hərkəsi “Tamam” deməyə çağırması ilə polis müdaxilə edib. Küçəyə çıxan 10 nümayişçi qısa müddət polis tərəfindən saxlanılıb, sorğu-sualdan sonra sərbəst buraxılıb (BBC).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftin qiyməti Yaxın Şərq gərginliyi ilə zirvədə
ABŞ Hörmüz boğazında yeni müttəfiqlər axtarır
BMT yeni dünya xəritəsini təsdiqlədi: ABŞ etiraz etdi
Rusiyada helikopter pəncərəsi uçuşda yerindən çıxdı
Finlandiya rus arxivlərinə çıxışı 9999-cu ilə qədər bağladı
OPEC+ neft kvotalarını oktyabra qədər uzatdı
İranda iqtisadi problemlərə qarşı yeni qərargah!