Razi Nurullayevdən spikerə dəstək: “Siz kifayət qədər demokratsız”
Deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarovaya xitab edərək xoş sözlərini söyləyib.
Musavat.com xəbər verir ki, Razi Nurullayev bunları söyləyib:
“Hörmətli xanım Sədr, siz kifayət qədər demokratsız. İclasları tam demokratik aparırsız. Hər zaman sizin yanınızda olmağa, dəstək verməyə hazırıq”, -deyə deputat bildirib.
R.Nurullayev daha sonra çıxışında təhsil müəssisələrinə lisenziyaların verilməsi məsələsinə də toxunub: “Düşünürəm ki, təhsil müəssisələrinə verilən lesenziyaların rüsumu çox yüksəkdir. Bu, narahatedici məqamdır. Mən də bu qanun layihəsinin əleyhinə səs verəcəyəm. Hesab edirəm ki, təhsil müəssisələrinə verilən lisenziyaların rüsumu simvolik olmalıdır”.
Sədr isə öz növbəsində təşəkkür etdi və bildirdi ki, şəxsinə ünvanlanan xoş sözlər 121 deputatın hamısına aiddir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir