Razi Nurullayev Əli Kərimlidən danışdı: “Artıq bir siyasətçi kimi də önəmini itirib”
Deputat Milli Məclisin plenar iclasında çıxış edərək AXCP sədri Əli Kərimli ilə bağlı fikirlərini səsləndirdi. “Mən, Razi Nurullayev müstəqil deputat kimi təmsil olunuram. Amma partiya sədriyəm, 2015-ci ildə AXCP-nin etimad qurultayında sədr seçilmişəm”-deyən deputat daha sonra təmsil etdiyi partiyanın adına iddia olunmasından bəhs etdi.
R.Nurullayevin qeyd etdi ki, beş ildir partiya sədridir: “Müavinlərimdən bir neçəsi, demək olar ki, hər gün mətbuatda çıxış edir, sosial şəbəkələrdə söz sahibidirlər. Partiyanın dəyərli simaları, qocaman siyasətçiləri var, o strukturlaşıb, beş ildə nəinki ayaq üstündə dayanmağı bacarıb, həm də 2018-ci il prezident seçkilərində namizədi ilə çıxış edib, indi isə parlamentdə təmsil olunur. Açığı, AXCP adına iddia edən Əli Kərimli danışıqlara dəvət olunanda sevindim ki, AXCP məsələsinə də son qoyular, o da müdrik siyasətçi olmaq yolunu seçər. O isə özünü yüksək tutdu, danışıqlardan imtina etdi və artıq bir siyasətçi kimi də önəmini itirib”.
R.Nurullayevin sözlərinə görə, belə çıxır ki, o siyasətlə məşğul olmaq istəmir: “Çünki, siyasət danışıqlar, güzəşt, bəzən bir neçə addım geri çəkilmə, bəzən bir neçə aylıq gözlərdən uzaq olma tələb edir. Siyasətin heç bir ənənəvi qaydası onun üçün əhəmiyyət kəsb etmir, kor tutduğunu buraxmayan kimi, bu da mənasız iddialarından əl çəkmir və yanındakıları da sonu görünməyən uçuruma sürükləyir. Deyir ki, mən Prezident İlham Əliyevlə danışıqlar aparmalıyam”.
ƏLAQƏLİ
Putin Britaniyanı hədələdi: "Ukraynadakı bütün hərbi obyektlər qanuni hədəfimizdir"
R.Nurullayev bildirdi ki, bu absurd iddiadır: “Prezident səninlə görüşsə, onda gərək bütün partiya sədrləri ilə görüşə. Sənin digər partiya sədrlərindən özəlliyin nədir axı? Prezident hər həftə yeni təşəbbüslər göstərir və dünya dövlət başçılarını bir araya gətirib vacib məsələləri müzakirə edir. Prezidentin səninlə görüşmək stimulu nə olmalıdır? Mən AXCP-nin qeydiyyata alınmasını tələb edirəm. Bu məsələyə son qoyulsun. Artıq parlamentdə rəsmi olaraq partiya sədri kimi təmsil olunmaq istəyirəm. Bu mənim və partiyada olan üzvlərin haqqıdır. Onun üçün də bu məsələyə tezliklə nöqtə qoyulmasının haqqım olduğunu bildirirəm”.
R.Nurullayev bununla bağlı xanım Sədrə kömək üçün müraciət etdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
İlham Əliyev Putinlə ayaqüstü görüşdü - FOTOLAR
Rusiyada yeni səfərbərlik şayiələri təkzib edildi
İran ABŞ-yə qarşı hərbi cavab verəcək!