Rəqqasəni açıq-saçıq geyiminə görə ölkədən qovurlar
Misirdə “Gawhara” ləqəbi ilə fəaliyyət göstərən yeganə əcnəbi rəqqasə Yekaterina Andreyeva deportasiya olunacaq.
Minval.İnfo axşam.az-a istinadən bildirir ki, səlahiyyətli qurumlar rusiyalı oriyental rəqs ifaçısını açıq-saçıq geyimlərinə görə “beynəlxalq təhlükəsizliyə təhdid” ittihamı ilə ölkədən qovmaq qərarına gəliblər.
Yekaterina haqda “31 yaşlı rəqqasə standartlardan kənar geyimdən istifadə edərək gənclərin cinsi istəklərini artırmaqla məşğuldur” ifadəsi işlədilib.
Lakin Andreyeva bununla heç cür razılaşmayıb. O, geyimlərinin misirli rəqqasələrin libaslarından fərqlənmədiyini bildirib.
Yekaterinanın vəkili Muhammed Salih müvəkkilinin kostyumlarının Turizm Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara uyğun olduğunu və Andreyevanın Misirdə iş icazəsi olan yeganə əcnəbi rəqqas olduğunu söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İstanbulda beynəlxalq konfransda böhranlar müzakirə olundu
Keniyada Ebola təhlükəsi: ikinci ölüm hadisəsi qeydə alınıb
Makron hökuməti etirazlara qarşı 70 minlik qüvvə səfərbər edir
ABŞ kəşfiyyatının İran təhlükəsi ilə bağlı yeni məlumatları üzə çıxdı
Fransada yeni etiraz dalğası: gərginlik artır
Kim Çen In dünyanın ən güclü ordusunu qurmağı hədəfləyir