“Qazel” aşdı: sürücünün vəziyyəti ağırdır - GÖRÜNTÜLƏR
Saat 14:00 radələrində Şəki-Qax yolunun 24-cü kilometrliyində Şəkinin Biləcik kəndindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Minval.İnfo xəbər verir ki, Şəkinin Kiş kənd sakini sürücü Aqil Abdullayevin idarə etdiyi 90-JL-318 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə sürücü və Böyük Dəhnə kənd sakini Qaya Mikayılov xəsarət alıblar.
Hadisə yerinə Şəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının iki maşını cəlb edilib. Yaralılar dərhal Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Sürücünün vəziyyəti ağır, sərnişinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
https://www.youtube.com/watch?v=K5ZotaL0BLM&feature=youtu.be
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ət bahalaşır, kolbasa istehsalı sürətlənir
Azərbaycan taekvondoçuları İsveçrədə zirvəyə yüksəldi
Mançester Yunayted və Evertondan gərgin heç-heçə
Antalyada meşə yanğını: 450 nəfərlik müdaxilə
Gənc rəssamdan yaşlanmaya fərqli baxış
Girnə sahillərində gəmi qəzası: Ölənlərin sayı artdı
Milyoner iş adamı estetik əməliyyatda öldü
