Qazaxıstanda birpalatalı parlamentə ilk seçki başladı
Qazaxıstanda yeni Konstitusiya ilə yaradılan birpalatalı parlamentə – Qurultaya ilk seçkilər keçirilir. Bu seçkilər avqustun 23-də başlayıb və ölkənin 20 regionunda fəaliyyət göstərən 10,423 seçki məntəqəsini əhatə edir.
Minval.info xəbər verir ki, xarici ölkələrdəki Qazaxıstan diplomatik nümayəndəliklərinin nəzdində də seçki məntəqələri təşkil olunub. Ümumilikdə seçici siyahılarına 12 milyon 605 min 788 nəfər daxil edilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 10:00-a qədər 2 milyon 264 min 411 seçici səsvermədə iştirak edib və ilkin seçici fəallığı 17,96 faiz təşkil edib.
Qazaxıstanın yeni Konstitusiyası iyulun 1-də qüvvəyə minib və bu dəyişikliklər nəticəsində ölkədə əvvəlki ikipalatalı parlament sistemi ləğv edilərək 145 deputatdan ibarət birpalatalı parlament yaradılıb. Qurultay deputatları siyasi partiyaların təqdim etdiyi siyahılar əsasında seçilir və bu seçkidə 7 siyasi partiya iştirak edir. Seçiləcək deputatların səlahiyyət müddəti 5 il olacaq. Mərkəzi Seçki Komissiyası seçici fəallığı ilə bağlı operativ məlumatları iki saatdan bir açıqlayacağını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Daşkəndə getdi: iki qardaş ölkə arasında yeni strateji xəritə
Rusiya səfirliklərə seçki günü nota göndərdi
Moskva-İrəvan münasibətlərinə təhlükə: Zaxarovadan xəbərdarlıq
Paşinyan Kərki və Əskiparanı geri qaytarır?
Zülfüqarovdan Paşinyana: Dördüncü Respublika xülyası!
Ankara ayağa qalxdı - “ Netanyahunun şəxsiyyət vəsiqəsi...”