Qadın yanaraq öldü — Bakıda DƏHŞƏT
Minval.İnfo xəbər verir ki, “Ölkə.Az”a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, martın 27-si gecə saatlarında Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivindəki yaşayış olmayan yarımtikilidə yanmış qadın meyiti tapılıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları və məhkəmə-tibbi ekspertiza şöbəsinin əməkdaşları ilkin müayinələr aparıblar. Məlum olub ki, yanan qadın 1956-cı il təvəllüdlü Nina Mamedovadır. Belə ki, tüfeyli həyat tərzi keçirən qadın sərxoş halda yaşayış olmayan yarımtikilidə ocaq qalayıb və qızınmaq istəyib.
Ancaq yüksək dərəcədə alkoqollu içki qəbul etdiyindən yuxulayıb və ocağın üstünə yıxılıb. Nəticədə məlum hadisə baş verib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Türkiyədə aviasiya mərkəzində təyyarə yanğını!
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Sabunçuda su qəzası: İçməli su israfı!
