27.05.2018 - 16:10
Dünya
18 baxış
Putinin sözçüsü: "Arvadımla Ərdoğanla görüşdüyüm qədər görüşürəm"
Kremlin sözçüsü Dimitri Peskov iş proqramının sıxlığı ilə əlaqədar həyat yoldaşı Tatyana Navka ilə çox az görüşdüyünü, təxminən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdığı qədər əlaqə saxlaya bildiyini açıqlayıb.Minval.info xəbər verir ki, Rusiyanın NTV kanalında yayımlanan proqramda iştirak edən Peskov prezident Vladimir Putinin sözçüsü olmağın çox çətin iş olduğunu, tez-tez xarici ölkələrə səfər etmək məcburiyyətində qaldığını vurğulayıb. Şəxsi həyatı barədə danışan Peskov “Həyat yoldaşımla Ərdoğanla eyni aralıqda əlaqə saxlaya bilirəm. Nadir hallarda görüşürük, bəlkə də buna görə münasibətimizdə soyuqluq yaranmır” fikrini səsləndirib.
Sözçü Kremlə daxil olduğu sənədin son istifadə tarixi barədə verilən suala isə “Müddət Vladimir Putinin 7 mayda keçirilən andiçmə günündə başa çatıb, hazırda etibarsız sənədlə daxil oluram, hələlik buna icazə verirlər” cavabını verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
08.09.2026 - 15:59
Qumar borcu olan molla 50 milyon yığdı
08.09.2026 - 13:11
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
08.09.2026 - 11:05
Tiflisdə tramvay xətti yenidən canlanır
08.09.2026 - 09:34
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
08.09.2026 - 08:52
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
07.09.2026 - 19:48
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı
07.09.2026 - 18:10
ABŞ-dan İrana qarşı yeni nüvə strategiyası
07.09.2026 - 17:49