02.10.2026 - 11:39
Putin: NATO dünyanı uçurumun kənarına itələyir
Dünya 4 baxış

Putin: NATO dünyanı uçurumun kənarına itələyir

Rusiya Prezidenti Vladimir Putin, Valday Diskussiya Klubu tərəfindən təşkil olunan 23-cü illik toplantıda çıxış edib. O, beynəlxalq təhlükəsizlik arxitekturası, süni intellekt texnologiyaları, Avrasiya vizyonu və Sovet İttifaqının dağılmasından sonra baş verən geosiyasi dəyişikliklər haqqında fikirlərini bölüşüb.

Minval.info xəbər verir ki, çıxışında Putin, 1990-cı illərdən bu yana diplomatik əlaqələrdən və müasir hərbi qarşıdurmalara qədər bir çox məsələni müzakirə edib. O, qərb ölkələrinin birtərəfli addımlarla İkinci Dünya Müharibəsindən sonra qurulan tarazlığı pozduğunu vurğulayıb.

Putin, Sovet İttifaqının son dövrlərindəki idarəçilik yanaşmalarını tənqid edərək, “O dövrdə ölkənin sükanında olan şəxslərin saf düşüncələrinə və qərb tərəfdaşlarına kor-koranə güvənmələrinə diqqət çəkmək istəyirəm. Bu, Sovet İttifaqına acımasız bir oyun oynadı,” deyə bildirib.

Prezident, Sovet İttifaqının dağılmasının daxili qeyri-sabitliklərdən qaynaqlandığını və bu prosesin ardıcıl nəsillərin səhvləri ilə daha da dərinləşdiyini qeyd edib. O, həmçinin keçmişdəki problemlərin və məhdud ideoloji çərçivələrin ölkənin mövqeyini zəiflətdiyini vurğulayıb.

Putin, dünyada davam edən münaqişələrin kökünü keçmişdəki böyük dəyişikliklərə lazımi diqqətin yetirilməməsində gördüyünü bildirib. Onun sözlərinə görə, bu, nə şikayət, nə də ittihamdır, sadəcə reallıqdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: