Putinə ilk dəfə modernləşdirilmiş Yak-130M təqdim edildi
Rusiya Prezidenti Vladimir Putin İrkutsk Aviasiya Zavoduna səfəri zamanı modernləşdirilmiş Yak-130M təlim-döyüş təyyarəsi ilə tanış olub.
Minval.info xəbər verir ki, yeni model dövlət başçısına ilk dəfə nümayiş etdirilib.
Prezident zavodun istehsal sahələrini Rostex-in rəhbəri Sergey Çemezov, İrkutsk vilayətinin qubernatoru İqor Kobzev və zavodun direktoru Andrey Soynov ilə birlikdə gəzib.
“Rostex”in məlumatına görə, sınaq təyyarəsinin imkanları barədə Putinə “Yakovlev” şirkətinin sınaq pilotu Aleksandr Quskov məlumat verib.
Bildirilib ki, modernləşdirilmiş Yak-130M yeni nişangah sistemi, bort müdafiə kompleksi və genişləndirilmiş silah arsenalı ilə təchiz olunub. Təyyarə idarəolunan raketlərdən istifadə etmək imkanına malikdir.
Məlumata əsasən, yenilənmiş Yak-130M gecə və gündüz, eləcə də əlverişsiz hava şəraitində yerüstü və hava hədəflərini, o cümlədən ağır pilotsuz uçuş aparatlarını effektiv şəkildə məhv etmək imkanına sahibdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İstanbulda beynəlxalq konfransda böhranlar müzakirə olundu
Keniyada Ebola təhlükəsi: ikinci ölüm hadisəsi qeydə alınıb
Makron hökuməti etirazlara qarşı 70 minlik qüvvə səfərbər edir
ABŞ kəşfiyyatının İran təhlükəsi ilə bağlı yeni məlumatları üzə çıxdı
Fransada yeni etiraz dalğası: gərginlik artır
Kim Çen In dünyanın ən güclü ordusunu qurmağı hədəfləyir