Putin dünyanın yeni xəritəsini hazırlamağı tapşırdı

Rusiya prezidenti Vladimir Putin coğrafi obyektlərin düzgün adlarının həkk olunacağı yeni dünya atlasının hazırlanmasına dair sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Ötən əsrlərdə, ötən onilliklərdə bizim tədqiqatçı və səyyahların qoyduğu rus adlarının tədricən dünya xəritəsindən çıxarılması, beləcə, Rusiyanın planetin öyrənilməsi və elmlərin inkişafına verdiyi töhfələr haqqında xatirəni silmək cəhdləri ilə qarşılaşırıq”, – deyə Putin bildirib.
Rusiya prezidentinin sözlərinə görə, Rusiya tarixi-coğrafi həqiqətlərin və ədalətin təhrif olunmasına biganə qalmayacaq.
Xəritənin hazırlanmasına coğrafiyaşünaslarla yanaşı Rusiyanın dövlət reyestr agentliyi və Müdafiə nazirliyinin ekspertləri də qoşulub.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada helikopter pəncərəsi uçuşda yerindən çıxdı
Finlandiya rus arxivlərinə çıxışı 9999-cu ilə qədər bağladı
OPEC+ neft kvotalarını oktyabra qədər uzatdı
İranda iqtisadi problemlərə qarşı yeni qərargah!
ABŞ İranın dəniz blokadasını gücləndirir
Sepah Hörmüz boğazında ABŞ gəmilərinə hücum etdi
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı