Prezidentlərin telefon söhbətində gərgin anlar: “Dərhal…”

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon söhbəti olub.
Publika.az xəbər verir ki, bu haqda Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən “RİA-Novosti” agentliyi bildirib.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov informasiyanı təsdiq edib. O qeyd edib ki, söhbətin təfərrüatları yaxın vaxtlarda açıqlanacaq.
Ukrayna prezidentinin mətbuat xidmətindən qeyd edilir ki, Poroşenko Rusiyada Ukrayna məhbuslarının aclığına diqqəti yönəldib və onların azad edilməsini tələb edib. Vladimir Putin isə Ukraynada həbsdə olan Rusiya jurnalistlərinin təcili azad edilməsinə ehtiyac olduğunu vurğulayıb.
“Hər iki ölkənin insan hüquqları üzrə səlahiyyətli nümayəndələr yaxın vaxtlarda vətəndaşlara baş çəkəcəklər”, – Poroşenko mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, Rusiya və Ukrayna prezidentləri arasında sonuncu telefon söhbəti 2018-ci ilin fevralında baş tutub.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı