Prezident Avtomobil Yolları Dövlət Agentliyinə 2 milyon manat ayırdı
Prezident İlham Əliyev “Ağdam rayonunun Əfətli–Hacıturalı-Həsənxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Minval.İnfo xəbər verir ki, sərəncamla beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu gün “Son zəng”dir
İki idarəyə rəis təyinatı oldu
Azərbaycanda elektron kassalara keçid qaydaları hazırlanır
Ədliyyə Nazirliyində kütləvi ixtisar olacaq - Səadət Sarayı da bağlanır...
Azərbaycanda bağçada 355 uşaqda bakterial dizenteriya aşkarlanıb