Polis günlərdir onu axtarırdı, bir hərəkətlə fenomen oldu - FOTO
İngiltərədə bir gənc sosial şəbəkədə haqqında “itkin düşüb” elanı verən polislərə yazdığı cavabı ilə gündəmə gəlib.
İngiltərədə yaşayan Leon Smith-in ailəsi bir müddətdir övladları ilə əlaqə saxlaya bilmədikləri üçün polisə müraciət ediblər. Polis ailəyə cinayətdən dolayı Simithi özlərinin də axtardığını deyib.
Minval.info xəbər verir ki, Facebook-da Smith üçün status yazan polislər gəncin itkin düşdüyünü və ailəsinin ona görə narahat olduğunu deyib, görənlərin polisə xəbər verməsini istəyiblər.
Statusun altına gələn rəy axtarışlarına davam edən polisin təəccübünə səbəb olub. Haqqında yazılan statusa rəy yazan Leon Smith, “İtməmişəm, axtarışa verilmişəm. Məni tapmaq istəyirsinizsə, bir az bölmədən çölə çıxın, işinizi görün, əziyyət çəkin” deyib.
Smithin hansı cinayətdən axtarıldığı deyilməsə də, Facebook-da yazdığı cəsarətli rəyi ilə sosial media fenomeni olub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı
ABŞ-dan İrana qarşı yeni nüvə strategiyası
OPEC+ neft hasilatını artırmır: Bazar gərginliyi artır
Beyində xatirələrin sinxronlaşma sirri açıldı