Pensiyalar nə qədər artacaq? – MƏBLƏĞ
Cari ildə pensiyaların nə qədər artacağı sual olaraq qalır.
Hər ilin əvvəlində əmək pensiyalarının yalnız sığorta hissəsinin indeksləşdirilməsi aparılırdı. Aparılan islahatlar nəticəsində pensiya məbləğlərində baza hissə anlayışı aradan qalxdığından əmək pensiyalarının bütöv məbləğinin ölkə üzrə əməkhaqlarının əvvəlki ilin artım faizinə uyğun indeksləşdirilərək artırılması təmin olunacaq.
Minval.İnfo-nun məlumatına görə, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, Azərbaycanda orta aylıq əmək haqqı ötən il 6.2 faiz artıb:
“Bu isə o deməkdir ki, bu ay pensiya məbləğləri sözügedən rəqəmə indeksasiya ediləcək. Yəni, pensiya məbləğləri bu ay 6.2 faiz artacaq. Yeni pensiya qanunvericiliyinə əsasən, indeksasiyada iki əsas dəyişiklik var. Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi inflyasiya məbləğinə deyil, orta aylıq əməkhaqqındakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq “keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq.
Qeyd edim ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu. Yeni qanunvericilikdə isə artıq bu anlayışdan istifadə edilmir. Yeni ildən isə bu, məbləğindən asılı olmayaraq, bütün pensiya məbləğinə tətbiq ediləcək. Bu isə o deməkdir ki, 250 manat alan pensiyaçının təqaüdü 15.5 manat artacaq”.
V.Bayramovun sözlərinə görə, baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək bu ay alacağı pensiyanın yeni məbləğini hesablaya bilər:
“Əvvəllər də qeyd etdiyimiz kimi, indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alsaq, bu il pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır”.
O da məlum olub ki, artımlar yanvar ayından hesablanacaq.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"AG Bank"hesabatını gizlədir - FOTO
Azərbaycan banklarının xalis xarici aktivləri il ərzində 13,5 % artıb
Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasını Türkiyə şirkəti tikəcək
Dövlət xarici borclanmanı kəskin azaltmağa qərar verdi
Azərbaycanda pul bazası azalıb
Kriptovalyuta bazarında son durum - yeni mənzərə
Azərbaycan nefti ucuzlaşır