30.08.2026 - 11:22
İqtisadiyyat 37 baxış

Pensiya artımı: Vətəndaşların narazılığı artır!

Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması xəbəri sosial şəbəkələrdə vətəndaşların narazılığına səbəb olub. Bir çoxları bu artımın onların aldığı pensiya, maaş və müavinətlərdə əks olunmadığını bildirir. Vətəndaşlar artan ərzaq və digər xərclər fonunda gəlirlərinin dəyişməməsindən şikayətlənirlər.

Minval.info xəbər verir ki, iqtisadçı Vüsalə Əhmədova vətəndaşların “orta aylıq maaş və ya pensiya artırılıb, amma mənim maaşım və ya pensiyam dəyişməyib” deməsinin əsaslı olduğunu bildirib. O qeyd edib ki, “orta aylıq əməkhaqqı” müxtəlif əməkhaqlarının statistik göstəricisidir və şəxsin maaşının həmin faizlə artması demək deyil. Orta əməkhaqqı göstəricisi pensiyalar baxımından yalnız hüquqi əhəmiyyət daşıyır. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir.

İqtisadçı bildirib ki, nominal artım ilə real artım arasında ciddi fərq var. Əgər pensiya 10 faiz artırılırsa və həmin dövrdə ərzaq, dərman, kommunal, geyim, xidmətlər və digər xərclər 80 faiz artırsa, insanların sosial rifahının yüksəlməsindən bəhs etmək mümkün deyil. Pensiya və maaşların artım faizi ilə inflyasiya və faktiki istehlak səbətinin qiymət artımı uyğunlaşdırılmalıdır. Pensiya və maaşların yanvar ayında artırılması ehtimalı var. Böyük ehtimalla pensiyaların yenidən yanvarın 1-dən indeksləşdirilməsi mexanizmi işləyəcək. Əməkhaqlarının artırılması isə dövlət sektorunda ayrıca qərar və ya sərəncam, büdcə imkanları, tarif və vəzifə maaşlarında dəyişiklik, həmçinin minimum əməkhaqqının artırılmasına bağlıdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: