Paşinyan ittihamlara cavab verdi: "Qasparyan yalan danışır"
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Onik Qasparyanı növbəti dəfə ittiham edib.
Minval.info Trend-ə istinadən bildirir ki, N.Paşinyan parlamentdə çıxışı zamanı sabiq rəisin müharibənin ilk günlərində döyüşlərin dayandırılmasını tələb etmədiyini deyib.
Qeyd edək ki, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Onik Qasparyan açıqlama verərək müharibənin ilk günlərində döyüşlərin dayandırılmasını tələb etdiyini, əks təqdirdə Ermənistan ordusunun ağır itkilər verəcəyini deyib.
N.Paşinyan parlamentdəki çıxışında bu cür tələbin olmadığını bildirib: “Söhbət sentyabrın 30-da keçirilmiş Təhlükəsizlik Şurasından gedir. Baş qərargah rəisi elə bir söz deməyib, bu, rəsmi şəkildə qeydə alınıb, iclasın stenoqramları da mövcuddur. Qasparyan həmin iclasda deyib ki, ordu bütün tapşırıqları yerinə yetirir, düşmən heç bir uğur əldə etməyib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı