06.05.2018 - 21:55
Dünya
19 baxış
Pakistanın daxili işlər naziri sui-qəsd nəticəsində güllə yarası alıb
Pakistanın daxili işlər naziri Əhsan İqbal Naroval şəhərində (Pəncab əyaləti) sui-qəsd nəticəsində güllə yarası alıb.
Minval.info saytı “Report”a istinadən xəbər verir ki, bu barədə Geo TV telekanalı məlumat yayıb. Məlumata görə, hadisə mitinq zamanı baş verib. DİN rəhbəri öz avtomobilində olan zaman 20-22 yaşlı gənc oğlan tapançadan ona atəş açıb. Telekanal xəbər verir ki, güllə onun sağ çiyninə dəyib, nazir təcili xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti sabitdir və həyatı üçün təhlükə yoxdur. Adı açıqlanmayan gənc saxlanılıb. Hadisənin motivləri barədə məlumat yoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ Hörmüz boğazında yeni müttəfiqlər axtarır
07.09.2026 - 11:03
BMT yeni dünya xəritəsini təsdiqlədi: ABŞ etiraz etdi
07.09.2026 - 10:56
Rusiyada helikopter pəncərəsi uçuşda yerindən çıxdı
06.09.2026 - 22:41
Finlandiya rus arxivlərinə çıxışı 9999-cu ilə qədər bağladı
06.09.2026 - 21:59
OPEC+ neft kvotalarını oktyabra qədər uzatdı
06.09.2026 - 19:32
İranda iqtisadi problemlərə qarşı yeni qərargah!
06.09.2026 - 19:12
ABŞ İranın dəniz blokadasını gücləndirir
06.09.2026 - 17:40
Sepah Hörmüz boğazında ABŞ gəmilərinə hücum etdi
06.09.2026 - 09:58