01.10.2026 - 16:17
P. Diddi ABŞ-da təkadamlıq kameraya köçürüldü
Dünya 6 baxış

P. Diddi ABŞ-da təkadamlıq kameraya köçürüldü

Məşhur amerikalı müğənni və musiqi prodüseri P. Diddi, əsl adı ilə Şon Kombs, ABŞ-ın “FCI Fort Dix” həbsxanasında təkadamlıq kameraya köçürülüb.

Minval.info xəbər verir ki, bu barədə “TMZ” nəşri məlumat yayıb. Köçürülmə, qayda pozuntuları ilə bağlı məlumatların araşdırılması zamanı tətbiq olunan standart prosedur çərçivəsində həyata keçirilib. Reper, daha əvvəl də başqa məhbusla dava etdikdən sonra təkadamlıq kameraya salınmışdı.

Məlumata görə, bu dəfəki köçürülməyə “NBC News”un araşdırması səbəb olub. Dörd keçmiş məhbus, P. Diddinin digər məhbuslara yatağını yığdırdığı, paltarlarını yudurtduğu, tualeti təmizlətdiyi, masaj etdirdiyi və kameraya yemək sifariş etdiyi barədə iddialar səsləndiriblər.

Bundan əlavə, reperin sosial şəbəkələrə baxmaq üçün qaçaq smartfonlardan istifadə etdiyi və həbsxanaya kənardan spirtli içkilər gətizdirdiyi iddia olunub. Reperin vəkili isə bütün bu ittihamları rədd edib.

Qeyd edək ki, P. Diddi ötən ilin oktyabrında insanları fahişəliyə məcbur etmə ittihamı ilə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: