Özəl məhkəmə ekspertləri yeni cərimələrlə üzləşə bilər
Özəl məhkəmə ekspertləri üçün yeni intizam tədbirləri nəzərdə tutulur. Bu tədbirlər, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Minval.info xəbər verir ki, təkliflərə əsasən, özəl məhkəmə ekspertləri normativ hüquqi aktların tələblərini və icra intizamını pozduqda intizam tənbehi ilə üzləşə bilərlər. Bu tənbeh İntizam Komissiyasının rəyi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq ediləcək. İntizam Komissiyasının tərkibi, formalaşdırılması və əsasnaməsi də müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunacaq.
İntizam icraatı, müvafiq icra hakimiyyəti orqanının və ya Özəl Məhkəmə Ekspertlərinin Palatasının təqdimatı ilə başlanacaq. Ekspertlər yazılı izahat və ya sənəd təqdim etməkdən imtina etsələr belə, bu, tənbeh tətbiqinə mane olmayacaq. İntizam pozuntusunun ağırlığına görə, ekspertlərə min manatdan iki min manatadək cərimə və ya şəhadətnamənin ləğvi tətbiq edilə bilər.
Cərimələr, Özəl Məhkəmə Ekspertlərinin Palatasının bank hesabına köçürüləcək. Məzuniyyətdə və ya ezamiyyətdə olan ekspertlər üçün intizam müddəti dayandırılacaq və tənbeh qərarları üç iş günü ərzində elan ediləcək. Ekspertlər qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verə bilərlər.
Reyestrə daxil edilməyən şəxslərin “məhkəmə eksperti” adından istifadə etməsi qadağandır və bu, qanunla məsuliyyətə səbəb olur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səudiyyədən neftlə bağlı xəbərdarlıq: ehtiyatlar kritik həddədir
Schneider Electric-in rekord PTC alqı-satqısı səhmlərin dəyərini endirdi
Cəbrayılda ilk istixana sənaye zonası yaradılır
Azərbaycanda yol infrastrukturu: hansı rayonlar daha yaxşı təmin olunub
Səudiyyə Ərəbistanının şərq-qərb neft kəməri normal işləyir
Yaxın Şərqdə neft ixracı müharibə öncəsi səviyyələrə qayıtdı
Çində 2025-ci ildə 670-dən çox bank bağlanıb