Oyun personajından ilhamlanıb, bütün alnını qaşla örtdü - FOTOLAR
Rusiyalı model Ancelika Protodyakonova qaşları ilə diqqət çəkir.
Minval.info xarici KİV-ə istinadən məlumat verir ki, 21 yaşlı model qaşlarının formasını “Angry birds” oyun personajından ilhamlanıb. Əslində onun qaşları qalın olub və əvvəllər buna görə utanıb. Ancaq daha sonra insanların bunu pis qarşılamadığını görərək, qaşların dahaqalınlaşdırıb və bütün alnını qaşdan ibarət edib.
“İnstagram” sosial şəbəkəsində yerləşdirdiyi şəkilləri ilə də tezliklə insanların diqqətini cəlb edib və özünə 90 min daimi izləyici toplayıb. Hazırda bir çox məhsulun reklamı üçün ona müraciət edirlər.

Ümumiyyətlə, fərqli qaş formasına sahib olmaq son zamanların dəbidir. ABŞ-da yaşayan Cənubi Kipr Respublikasından olan Sofiya Hadjipantelidə qalın qaşları ilə diqqət çəkir. Hətta qaşlarına görə ölümlə hədələndiyini bildirir.
Digər bir “İnstagram” fenomeni Hanna Layn alnına doğru uzatdığı oval şəkilli qaşları ilə bütün diqqətləri üzərinə çəkir.


Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Tramp İran Prezidenti ilə görüşmək istəyir"
Özbəkistanın keçmiş prezidentinin qızı Gülnarə Kərimovanın həbsxana həyatı
ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirmək niyyətindədir
Gürcüstan İrəvanla Bakı arasında platforma yaratmağı təklif edir
Bayden neft qiymətlərini sabitləşdirmək planını açıqlayıb
İmamoğlunun ingiliscə danışması sosial şəbəkələrdə olay oldu – VİDEO
Həm xərçəng, həm hamilə olduğunu öyrənən qadın qərarı ilə şoka saldı