01.09.2026 - 13:26
İqtisadiyyat 26 baxış

Övladlığa götürənlərə aylıq 600 manat dəstək!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi 2026-cı ilin əvvəlindən etibarən 89 uşağın övladlığa verildiyini açıqlayıb. Övladlığa verilən uşaqların 45-i qız, 44-ü isə oğlandır.

Minval.info xəbər verir ki, övladlığa götürülən uşaqların ailələrdəki vəziyyətinin monitorinqi məqsədilə 18 yaşına qədər mütəmadi yoxlamalar aparılır. İlk il ərzində bu monitorinqlər hər rüb, sonrakı illərdə isə ildə bir dəfə həyata keçirilir.

Valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslərə aylıq sosial müavinət ödənilir. 3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan uşaqlara isə 600 manat müavinət verilir. Bundan əlavə, övladlığa götürən şəxslər sosial təminat, əmək və vergi münasibətləri sahələrində bir sıra güzəştlərdən faydalanırlar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: