Ötən il xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı kompleks mübarizə tədbirləri həyata keçirilib

2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının aşkarlanması üçün karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı kompleks mübarizə tədbirləri aparıb.
Bu barədə “Report”a Nazirlikdən bildirilib.
Məlumata görə, ötən il Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi tərəfindən siçanabənzər gəmiricilərin aşkarlanması üçün 1 780 493 hektar sahədə fitosanitar müşahidə işləri aparılıb, 802 339 hektar ərazidə sirayətlənmə aşkar edilib. Zərərvericiyə qarşı təsərrüfat subyektlərinin hesabına 147 830 hektar, büdcə vəsaitləri hesabına 213 553,6 hektar sahədə kimyəvi mübarizə aparılıb.
Çəyirtkəkimilərlə sirayətlənmiş sahələri aşkar etmək məqsədi ilə 502 784 hektar ərazidə müşahidələr aparılıb, 200 439 hektar sahədə sirayətlənmə aşkar edilib, 1 436 hektar sahədə təsərrüfat subyektləri hesabına, 46 617 hektar sahədə isə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına kimyəvi mübarizə aparılıb.
2018-ci ildə amerika ağ kəpənəyinə qarşı 21 157 hektar sahədə fitosanitar yoxlama aparılıb, 2 845 hektar sahədə yoluxma qeydə alınıb və 583 hektarı təsərrüfat subyekti, 1 534 hektarı isə büdcə vəsaiti hesabına olmaqla 2 117 ha sahədə mübarizə tədbirləri aparılıb.
Dənli bitkilərin zərərvericiləri və xəstəliklərini aşkar etmək məqsədi ilə 476 150 hektar sahədə müşahidə işləri aparılıb, 127 156 hektar sirayətlənmə və yoluxma olduğu müəyyən edilib, 69 924 hektar ərazidə mübarizə işləri aparılıb ki, bunun da 5 892 hektarı büdcə vəsaiti hesabına olub.
Yonca sahələrində müşahidə aparılmış 105 223 hektar sahənin 23 498 hektarında sirayətlənmə aşkar edilib, 14 764 ha sahədə mübarizə tədbirləri aparılıb.
Pambıq bitkisinin zərərverici və xəstəliklərini aşkar etmək məqsədi ilə 420 829 hektar sahədə müşahidələr aparılıb, 286 557 hektar sahədə sirayətlənmə aşkar edilib, 247 214 hektar sahədə mübarizə tədbirləri aparılıb.
Tütün bitkisinin zərərverıcı və xəstəliklərinə qarşı təsərrüfat subyekti hesabına 1 763 hektar sahədə mübarizə tədbirləri həyata keçirilib.
Kartof bitkisinin zərərverici və xəstəliklərini aşkarlamaq üçün 166 468 ha sahədə fitosanitar müşahidə aparılıb, 75 953 hektar sahədə sirayətlənmə aşkar edilib, 82 480 hektar sahədə mübarizə tədbirləri həyata keçirilib.
Bostan-tərəvəz bitkilərinin zərərverici və xəstliklərinin aşkarlanması üçün 134 580 hektar sahədə müşahidə aparılıb, 67 233,5 hektar sahədə sirayətlənmə müəyyən edilib, 57 581 hektar sahədə mübarizə tədbirləri aparılıb.
Meyvə bitkilərinin zərərverici və xəstəliklərini aşkar etmək məqsədi ilə 396 368,5 hektar sahədə fitosanitar yoxlama aparılıb, 181 312,1 hektar sahədə sirayətlənmə aşkar edilib, 140 722 hektar sahədə mübarizə işi görülüb. O cümlədən karantin tətbiq edilən zərərli orqanizmlərə qarşı 20 773,5 hektar sahədə mübarizə tədbirləri aparılıb.
Üzüm bağlarını əhatə edən 101 210 ha sahədə müşahidə aparılıb, 54 557 hektar sahədə sirayətlənmə aşkar edilib, 87 416 hektar sahədə (bəzi sahələrdə 1,5-2 dəfə dərmanlama) mübarizə tədbirləri aparılıb.
Əkinlərin alaq otları ilə sirayətlənməsini müəyyənləşdirmək üçün 1 014 548 hektar sahədə müşahidə işləri aparılıb, 567 459 hektar sahədə sirayətlənmə aşkar edilib, 437 044 hektar sahədə mübarizə işi aparılıb ki, bunun da 1 439 hektarı dövlət büdcəsindən ayrılan vəsait hesabına, 435 605 hektarı isə təsərrüfat subyektlərinin hesabına (128 931 hektarı mexaniki üsulla) həyata keçirilib.
Bildirək ki, 2018-ci ildə respublika üzrə ümumilikdə kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının aşkarlanması üçün artan yekunla 5 125 835,5 hektar sahədə müşahidə işləri aparılıb, 2 391 515,25 hektar sahədə artan yekunla sirayətlənmə və yoluxma aşkar edilib, 1 550 764,6 hektar sahədə mübarizə işləri aparılıb. O cümlədən 273 508 hektar sahədə mexaniki və bioloji, 1 277 256,6 ha sahədə kimyəvi mübarizə təşkil edilib. Mübarizə tədbirlərinin 1 269 454,1 hektarı təsərrüfat subyektlərinin hesabına, 281 310,5 hektarı isə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına görülüb. Ötən ildə təsərrüfat subyektlərinin hesabına 128 804 ton dənli bitkilərin toxumları, büdcə vəsaiti hesabına isə kartof güvəsinə qarşı 18 450 ton kartof yumrusu dərmanlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev “Kəlbəcər” tankerində - FOTOLAR
Türkiyə işğaldan azad olunan ərazidə iki müəssisə yaradır
Azərbaycan nefti kəskin bahalaşıb
Aqrar Subsidiya Şurası 2022-ci il üçün subsidiya əmsallarını açıqlayıb
Tramp söz verdi: “Çinə görə milyardlar itiririk, buna son qoyacam”
"Bakı Fond Birjası"nın dövriyyəsi 50% artıb
Neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib