Rus pilotsuzları Ukraynanın strateji nöqtələrinə zərbə endirdi
Rusiya Müdafiə Nazirliyi, Ukraynanın Odessa və İzmail limanlarına zərbələr endirdiyini bəyan edib. Bu limanlar Ukrayna ordusu tərəfindən istifadə olunurdu.
Minval.info xəbər verir ki, Odessa limanında patrul katerləri və yanacaq anbarları, İzmail limanında isə hərbi yük daşıyan gəmilərin boşaldılması üçün istifadə edilən terminal, Qərb silahlarının saxlandığı anbarlar və pilotsuz dəniz aparatlarının depoları hədəfə alınıb.
Açıqlamada, hücumların pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirildiyi bildirilib. Rusiya Müdafiə Nazirliyi əlavə olaraq, Ukraynanın Odessa şəhərindəki “Novaya Poçta” logistika mərkəzinin və Dnepropetrovsk vilayətindəki pilotsuz uçuş aparatları anbarının da vurulduğunu qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər