20.09.2018 - 15:29
İqtisadiyyat
18 baxış
Novruz Məmmədovdan mobil telefonların qeydiyyatı ilə bağlı — YENİ QƏRAR
Azərbaycan Nazirlər Kabineti ölkəyə gətirilən mobil telefonların qeydiyyatı ilə bağlı növbəti dəyişiklik barədə qərar qəbul edib.
Minval.info xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, mobil cihazların ölkəyə gətirilməsi ilə bağlı yeni rüsumlar satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunan mobil cihazlara aid edilməyəcək.
Sahibkarlıq subyekti olan fiziki və hüquqi şəxslər əvvəlki kimi mobil cihazların idxalına görə yalnız gömrük rüsumu və əlavə dəyər vergisini ödəyəcəklər.
Fiziki şəxslər şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə isə “Dövlət rüsumu haqqında” Qanununa uyğun olaraq, həmin cihazın bazar qiymətindən asılı olaraq, müvafiq rüsum ödəyəcəklər.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftin qiyməti 107 dolları keçdi!
14.09.2026 - 09:32
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
12.09.2026 - 22:53
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
12.09.2026 - 14:36
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
12.09.2026 - 12:37
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
12.09.2026 - 11:48
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
12.09.2026 - 08:25
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
12.09.2026 - 08:04
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə
11.09.2026 - 22:58
