18.04.2018 - 11:55
Dünya 1 baxış

Nobel mükafatlarında seksual basqı qalmaqalı - VİDEO

Nobel Ədəbiyyat mükafatlarının qaliblərini müəyyən edən İsveç Akademiyasının sədri Sara Danius istefa verib.

Minval.info xəbər verir ki, istefa mükafatların sahiblərinin öncədən ötürülməsi və seksual hərəkətlərlə bağlı qalmaqallarından sonra təşkil edilmiş iclasda elan edilib.

18 üzvdən ibarət İsveç Akademiyası namizədlərin adlarını açıqlamır və qalib olmaq ehtimalı yüksək olan şəxslərin də adını gizli saxlayırdı.

Üzvlərdən biri olan şair Katerina Frostensonun ərinin qalibin adını açıqladığı və seksual basqıda iştirak etməsi ilə bağlı xəbərdən sonra böhran yaşanmışdı.

Sədr Sara Danius Akademiyanın inamını itirdiyi və qurumun nüfuzuna xələl gətirməmək üçün istefa etdiyini bildirib.

Minval.İnfo

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: