Netanyahunun oğlu təhlükə səbəbilə İsrailə döndü
İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu, ABŞ-də olduğu müddətdə ciddi təhlükə ilə üzləşdiyi üçün təcili olaraq İsrailə qaytarılıb. İsrailin Baş Təhlükəsizlik Xidməti (ŞABAK), Yair Netanyahunun həyatına qarşı real təhlükə olduğunu müəyyən etdikdən sonra onun təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə Floridadan İsrailə qaytarılmasına qərar verib.
Minval.info xəbər verir ki, Yair Netanyahu Floridadan ayrılarkən şəxsi əşyalarını belə götürməyib. O, mühafizəçilərin müşayiəti ilə ABŞ-dən çıxarılıb və hazırda İsraildədir. ŞABAK təhlükənin konkret mənbəyi və xarakteri barədə ətraflı məlumat verməyib. Bununla yanaşı, İsrail mediasında Yair Netanyahunun Floridada yaşadığı dövrdə ona qarşı mümkün sui-qəsd planı barədə məlumatlar yayılıb.
İsrail Baş naziri bundan əvvəl oğullarından birinin İran tərəfindən öldürülməyə cəhd edildiyini bildirmişdi, lakin həmin vaxt hədəfin hansı oğlu olduğunu açıqlamamışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır