Netanyahu: Qəzzanı işğal edə bilərik!
İsrailin Baş naziri Benyamin Netanyahu seçki ərəfəsində İran, Qəzza, Livan və Suriya ilə bağlı sərt bəyanatlar verib. O, İranın nüvə proqramını yenidən bərpa etməsinə imkan verməyəcəyini və HƏMAS silahı yerə qoymasa, Qəzza zolağının tamamilə işğal edilə biləcəyini bildirib.
Minval.info xəbər verir ki, Netanyahu hökumətinə yaxın “Kanal 14” televiziyasına müsahibəsində regiondakı vəziyyətlə bağlı bir sıra açıqlamalar verib. İsrail hökumətinin başçısı İranın nüvə proqramından imtina etmədiyini iddia edib. Onun sözlərinə görə, Tehran atom bombası hazırlamaq məqsədilə nüvə fəaliyyətini yenidən bərpa etməyə çalışır. Netanyahu İranın əvvəlkindən daha zəif vəziyyətdə olduğunu və ölkədə vəziyyətin qeyri-sabitləşdiyini də irəli sürüb.
Baş nazir olduğu müddətdə İranın nüvə proqramını yenidən işə salmasına imkan verməyəcəyini bildirən Netanyahu, Qəzza ilə bağlı danışarkən HƏMAS-ın silahlarını təhvil verməməsi halında İsrail ordusunun zolağın bütün ərazisini işğal edə biləcəyini deyib. Eyni zamanda, Fələstin dövlətinin yaradılmasına qarşı olduğunu və gələcəkdə də buna razılıq verməyəcəyini vurğulayıb. Netanyahu İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıq halları ilə bağlı da açıqlama verib. O, bu hücumları törədən israillilərin sayının az olduğunu iddia edərək, hadisələrin beynəlxalq mediada şişirdildiyini söyləyib.
Qeyd edək ki, İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində Netanyahunun “Likud” partiyasının reytinqinin rəqiblərindən geri qaldığı bildirilir. Ölkə daxilində baş nazirin seçki kampaniyasında təhlükə və qorxu ritorikasını ön plana çıxardığı, bununla da seçicilərin dəstəyini artırmağa çalışdığı barədə fikirlər səsləndirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ Yunanıstan və İspaniyaya təzyiq göstərəcək
İslandiya Aİ-yə yox dedi: Kitlər qalib gəldi
Məleykə Abbaszadə vəzifədən gedir? Ekspert danışdı
Çoxuşaqlı ailələrə yeni sosial dəstək müjdəsi
Arzu Nağıyevin ailəsində ağır itki yaşandı
Ermənistanın yeni diplomatik hədəfləri açıqlandı
Paşinyan Artak Kamalyanı baş məsləhətçi təyin etdi