Netanyahu ilə görüşdə qeyri-adi geyimlə diqqət çəkən şəxs kimdir?
İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə son səfəri beynəlxalq gündəmin əsas mövzularından biri olub. Bu səfər çərçivəsində keçirilən görüşlərdən biri isə iştirakçılardan birinin qeyri-adi geyim tərzi ilə diqqət mərkəzinə düşüb.
Minval.info xəbər verir ki, ABŞ senatoru Con Fetterman Netanyahunu şort və kapüşonlu sviterlə qarşılayıb. Görüş zamanı əlində telefon saxlayan senatorun qeyri-rəsmi davranışları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bəzi ekspertlər bu davranışı yüksək səviyyəli dövlət görüşü üçün etik qaydalara uyğun hesab etməyərək hörmətsizlik kimi qiymətləndiriblər. Digər tərəfdən, bəzi müşahidəçilər bunu Con Fettermanın uzun illərdir davam etdirdiyi qeyri-formal siyasi üslubun bir hissəsi olaraq görür və səmimilik mesajı verdiyini bildirirlər.
ƏLAQƏLİ
Zaqatalalı yeniyetmə Rusiyada bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zaqatalalı yeniyetmə Rusiyada bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
ABŞ Federal Rabitə Komissiyası robot texnologiyalarını təhlükə hesab edir
Trampın Ukrayna müharibəsi ilə bağlı açıqlamasına Rusiyadan sərt reaksiya
Gülben ergen i̇nstaqramdan ayda 400 min qazanır
Dünyada ən çox avtomobil satan şirkət məlum oldu
Rəsmi görüşə şortla gəldi, gündəm oldu - Fotolar