Netanyahu: “BMT yalançılar evidir”

İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin İsraillə bağlı siyasətini kəskin tənqid edib.
APA-nın “The Jerusalem Post”a istinadən verdiyi xəbərə görə, B. Netanyahu BMT-ni yalançılar evi adlandırıb.
Onun sözlərinə görə, BMT tanısa da, tanımasa da, Qüds İsrailin paytaxtıdır: “ABŞ-ın Yerusəlimi bizim paytaxtımız kimi tanıması üçün 70 il lazım oldu, indi də BMT-nin eyni qərar verməsi üçün bir neçə il lazımdır. Müxtəlif qitələrdə İsrailə olan münasibət sürətlə dəyişir və bu, BMT-yə təsir edə bilməz, lakin vaxt lazımdır”.
O, ABŞ-dan sonra digər ölkələrin də səfirliklərini Yerusəlimə köçürməklə bağlı qərar qəbul edəcəyə dair ümidvar olduğunu ifadə edib.
Qeyd edək ki, bu gün BMT-nin Baş Assambleyasının təcili iclasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı qismində tanınması ilə bağlı qərarı müzakirə ediləcək. ABŞ-ın qərarına dair səsvermə keçiriləcək. Qərarı pisləyən qətnamənin qəbulu gözlənilir.
İclas İslam Əməkdaşlıq Təşkilatı adından çıxış edən Türkiyə və Yəmənin təşəbbüsü ilə çağırılıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. Ağ evin başçısı, həmçinin ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verib. Bu addım bir çox dünya liderləri və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır