Neftin qiyməti son 3 ildə ilk dəfə olaraq 70 dolları ötüb
“Brent” markalı Şimal dəniz neft qatışığının qiyməti 2014-cü ilin dekabr ayından bu yana ilk dəfə olaraq 70 dolları ötüb.
Minval.info “Report”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent”in mart fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 20:26-ya olan vəziyyətə görə, 83 sent artaraq bir barel üçün 70,03 dollara çatıb.
Bununla yanaşı, Nyu-Yorkun NYMEX birjasında WTI markalı yüngül neftin fevral fyuçerslərinin qiyməti yuxarıda göstərilən vaxta qədər 1,02 dollar artaraq bir barel üçün 64,59 dollar təşkil edib.
Qiymət artımı ABŞ-da neft ehtiyatlarının stabil azalması ilə bağlı nikbinlik, həmçinin ötən həftənin yekunu üzrə Birləşmiş Ştatlarda neft hasilatının gözlənilmədən aşağı düşməsi barədə məlumatlarla izah edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi