Nazir müavini: Azərbaycanda heç bir aclıq problemi yoxdur
Bu gün Azərbaycanda heç bir aclıq problemi yoxdur.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bu gün “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda beynəlxalq konfransda deyib.
O qeyd edib ki, bu problemin yaranmaması və yaşanmaması üçün ölkədə bir sıra mühüm tədbirlər görülüb, ərzaq təhlükəsizliyinin təmin edilməsi yönündə dövlət proqramları təsdiq olunub.
Nazir müavininin sözlərinə görə, Azərbaycanda aparılan uğurlu işlərin nəticəsidir ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 5 faizdən aşağıya endirilib.
S.Həsənova əlavə edib ki, Azərbaycanın da qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində böyük işlər görülür və yaxın zamanlarda bu yöndə bir çox beynəlxalq qurumların iştirakı ilə Azərbaycanda geniş beynəlxalq forum keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftin qiyməti 107 dolları keçdi!
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir