Nazir maaşlardan danışdı: "Növbəti ildə edilən bu islahat..."
“Vergi Məcəlləsinə dəyişiklik kontekstində əməkhaqqlarının “kölgə”dən çıxması Azərbaycan iqtisadiyyatında bank kreditinin rolunun bərqərar olmasına, bərpa olunmasına müsbət təsir göstərəcək”.
Minval.info “Report”a istinadən xəbər verir ki, bu sözləri vergilər naziri Mikayıl Cabbarov İTV kanalında “Biznes Azərbaycan” verilişində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda bir çox insanın real aldığı əmək haqqı ilə sənədləşmədə göstərilən əməkhaqqı arasında uyğunsuzluq mövcuddur.
“Bu, həmin vətəndaşların istər ipoteka kimi uzunmüddətli kreditləri, istərsə də qısamüddətli kreditləri cəlb edə bilməsi üçün böyük məhdudlaşdırıcı amildir. Bu da öz növbəsində iqtisadi artıma mənfi təsir edən amildir. Bu cəmi bir nümunədir ki, 2019-ci ilin yanvarın 1-dən nəzərdə tutulan islahat bu amilə müsbət təsir etməlidir”, – M.Cabbarov vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gürcü nazir: "Təbii qazın qiyməti dəyişdirilməyəcək"
Azərbaycan nefti kəskin ucuzlaşıb
Nazirlər Kabinetindən Aİ 92 markalı benzinlə bağlı mühüm qərar
Azərbaycanda listinq qaydaları yenilənib
“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda məhsulun ifrat bol və ya qıt olmasının qarşısı alınacaq — Nazir
