"NATO-nun Cənubi Qafqazda fəallığını artırması Rusiyanı narahat edir"

Cenevrə müzakirələri zamanı Rusiya NATO-nun Cənubi Qafqazda fəallığının artırılmasına diqqət çəkib. Bu isə Rusiya tərəfindən sakit qarşılana bilməz.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. “Yeni müqavilələr, o cümlədən rəsmi Tbilisiyə 75 milyon dollarlıq müasir tank əleyhinə sistemlərin veriməsi barədə məlumat peyda olub. Bundan əlavə, amerikalılar gürcü sülhməramlılarından daimi ordu hissələrinin hazırlanması istiqamətində işlər aparır”, – deyə o bildirib.
XİN rəsmisi əlavə edib ki, bu, Cənubi Osetiya, Abxaziyanı narahat edir və əlbəttə Rusiya tərəfindən də sakit qarşılana bilməz.
Q. Karasin qeyd edib ki, münaqişə tərəfləri gücün istifadə olunmaması barədə bəyannaməni razılaşdıra bilməyib. Cənubi Qafqaza dair Cenevrə danışıqlarının növbəti raundu 2018-cu ilin mart ayının sonlarına planlaşdırılır.
Cenevrə danışıqları 2008-ci ildə başlayıb. Danışıqlarda Abxaziya, Cənubi Osetiya, Rusiya, ABŞ, Gürcüstan nümayəndələri, o cümlədən Aİ, BMT və ATƏT təmsilçiləri iştirak edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub