NASA-da işlədiklərini deyib, dəmir paçasını 213 min dollara satdılar - FOTO
Hindastanda NASA-da işlədiklərini deyib dələduzluq edən ata və oğlu həbs edilib
Hindistanda qeyri-adi fırıldaqçılıq hadisəsi qeydə alınıb. NASA-da işlədiklərini deyib iş adamını aldatmaq istədikləri üçün polis tərəfindən həbs edilən şübhəlilər “kosmonavt geyimi”ndə kamera qarşısına çıxarılıb.
Minval.info xəbər verir ki, dələduzlar müxtəlif özəllikləri olduğunu dedikləri mis lövhəni 213 min dollara alması üçün iş adamını razı salıblar.
Zərərçəkən qismində polisə müraciət edən biznesmen onların saxlanılmasına nail olub.
Polis tərəfindən media qarşısında alçaldılan fırıldaqçılar heç bir açıqlama verməyiblər.
Lövhəni satmaqla kifayətlənməyən fırıldaqçılar həmçinin iş adamını lövhəni 5,5 milyard dollara NASA-ya sata biləcəklərinə inandırıblar.
Lövhəni şimşək vurduğu üçün düyüləri maqnit kimi özünə çəkdiyini deyən fırıldaqçılar zərərçəkənin diqqətini oğurlaya biliblər.

Məlum olub ki, bu, onların ilk əməli deyil. Daha əvvəl “maye maqnit” və “dəmir tellər” satdıqları ilə insanları aldada biliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ