Muqabe fermerlik edəcək, timsahlarla qonşuluqda yaşayacaq

37 illik idarəetmədən sonra istefaya getməyə məcbur olan Zimbabve prezidenti Robert Muqabe siyasətdən gedərək Zvimba vilayətində, kənd yerində yerləşən malikanəsində yaşayacaq.
Avropa.info xəbər verir ki, Muqabenin qohumu Leo jurnalistlərə deyib ki, əmisi yaxşı əhval-ruhiyyədədir və Zvimbedə fermer kimi yeni həyata başlayacaq.
93 yaşlı sabiq prezidentin 52 yaşlı arvadı Qreys Muqabe isə ərinin adı veriləcək universitet layihəsinin inşasına başlayacaq.
Eyni zamanda Zvimba sakinləri bu ərazidə yaşayan timsahların insanlara hücumu ilə bağlı xeyli sayda insidentin baş verdiyini deyirlər. Timsah hücumları nəticəsində ən azı üç nəfər ölüb. Timsahların böyük hissəsi Muqabenin malikanasinin ətrafında yaşayır. Belə təhlükəli qonşularla yaşayan Muqabenin daha ehtiyatlı olması lazım gələcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır