Bakıda müəllim şagirdi təhqir etdi, şagird cavab qaytarmadığı üçün döyüldü - FOTO (EKSKLÜZİV
Biləcəri sürücülük məktəbində təhsil alan Məhəmməd Mütəllimov döyülüb.
Minval.İnfo xəbər verir ki, şagirdin döyülməsinə səbəb, müəllimin onu təhqir etməsidir. Belə ki, Yusif adlı müəllim onu küçə söyüşü ilə təhqir edib, Məhəmməd isə ona cavab qaytarmayıb.
Bu səbəbdən məktəbin digər şagirdləri onu ələ salıb, təhqir ediblər. Hər şey də bundan sonra başlayıb.
Hazırda əməliyyat edilən Məhəmmədin anası Səriyyə Mütəllimova Minval.info-ya məsələni ətraflı danışıb:
“Müəllim küçə söyüşündən istifadə edərək oğlumu təhqir edib. Mən də oğluma tapşırmışam ki, atanı söysələr də cavab qaytarma. Ona görə də oğlum cavab qaytarmayıb.
Bundan sonra 3 nəfər Kənan, Süleyman və Taleh adlı məktəbin şagirdləri oğluma deyiblər ki, “Sən o söyüşə cavab qaytarmadın. Deməli ona layiqsən”. Buna görə də, dava düşüb. O üç nəfər birləşib oğlumu döyüblər. Nəyləsə vurub, ayağını sındırıblar. Hazırda “Baku City Hospital”-dayıq. Oğlumun ayağını əməliyyat edəcəklər”.
Daha ətraflı məlumat dərc ediləcək.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Türkiyədə aviasiya mərkəzində təyyarə yanğını!
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Sabunçuda su qəzası: İçməli su israfı!